11 gündə iki dəfə baş nazir dəyişdi


Peruda son 11 gündə ikinci dəfə baş naziri dəyişikliyi baş verib.


AFN.az xəbər verir ki, bu vəzifəyə Alberto Otarola Penarandanın namizədliyi irəli sürülüb.
Peruda dekabrın 7-də başlayan siyasi böhran şiddətli etirazlar və erkən seçki debatları fonunda ölkənin yeni prezidenti Dina Boluarte dekabrın 10-da formalaşdırdığı kabinetdə baş naziri dəyişməli olub. Paytaxt Limada Peru hökumət aarayında keçirilən mərasimdə ölkənin yeni baş naziri təyin edilən Alberto Otarola Penaranda and içib. Yeni Baş nazir Penaranda dekabrın 10-da yaradılan Boluarte kabinetində müdafiə naziri postunu tutmuşdu. Vəkil və konstitusiya hüquqşünası olan Penaranda da bir neçə ay əvvəl Peru Respublika Konqresində prezidentə qarşı aparılan istintaq zamanı Boluartenin vəkili kimi çıxış etmişdi.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu