Rusiyanın ən varlı deputatı Hindistanda ölü tapıldı


Hindistanda Rusiyanın ən zəngin deputatı Pavel Antovun cəsədi tapılıb.


AFN.az xəbər verir ki, onun cəsədi 65 yaşını qeyd etdiyi otelin pəncərələrinin altında qanlar içində aşkarlanıb. Rusiyanın teleqram kanalı "Shot"un xəbərinə görə, milyarder Antovun cəsədi şənbə günü Rayaqadda (Odişa ştatı) tapılıb. Onun üçüncü mərtəbədən yıxıldığı güman edilir. Ötən gün mərhum 65 yaşını qeyd etmək üçün daha üç rusiyalı turistlə Hindistana uçub. Ziyafətdən sonra Antovun dostu otel otağında boş alkoqol şüşələrinin arasında huşsuz vəziyyətdə tapılıb. Xəstəxanaya aparılarkən yolda milyarderin dostu da dünyasını dəyişib. Bir müddət sonra isə Antovun meyiti tapılıb.
Pavel Antov Vladimir vilayətinin Qanunvericilik Məclisinin üzvü, Vladimir Standard Şirkətlər Qrupunun vitse-prezidentidir. 2018-ci ildə Forbes onun qazancını 10 milyard rubl qiymətləndirib. Sonra Antov Rusiyanın ən varlı deputatları və məmurlarının reytinqinə başçılıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu