Bir həftədə eyni oteldə iki rus milyarder ölürsə... - Antov niyə üzr istəmişdi?


Xəbər verdiyimiz kimi, rusiyalı milyarder Pavel Antov Hindistanda otelinin üçüncü mərtəbəsindən yıxılaraq ölüb.


AFN.az İHA-ya istinadən xəbər verir ki, Antovun 61 yaşlı dostu Vladimir Budanov da ötən həftə eyni oteldə ürək tutmasından dünyasını dəyişib.

“Vladimir Standard” ət emalı zavodunun sahibi olan rusiyalı oliqarx Antov əvvəllər Moskva və Putini Ukraynada mülki şəxslərə hücumlarına görə tənqid etsə də, sonradan bu mövqeyindən geri çəkilib. Rusiyanın Kəlküttədəki baş konsulu Aleksey İdamkin Rusiya mətbuatına Antovun otelin pəncərəsindən yıxıldığını təsdiqləyərək, "Bütün məlumatları polisdən alırıq və istintaqı yaxından izləyirik" - deyib.

Antovun 61 yaşlı dostu Vladimir Budanovun da ötən həftə eyni oteldə ürək tutmasından dünyasını dəyişməsilə bağlı məsələ haqda açıqlama verən İdamkin, 4 nəfərlik bir qrupun səfərdə olduğunu bildirib. “Keçən cümə axşamı Vladimir Budanov öldü. Polis bunun infarkt nəticəsində baş verdiyini bildirib. Şənbə günü isə Antov pəncərədən yıxılaraq ölüb, bunlar araşdırılır" - deyə Aleksey İdamkin qeyd edib.



Hindistan mətbuatı yazıb ki, polis Antovun dostunun ölümünə dözə bilməyərək intihar edə biləcəyi ehtimalını da nəzərdə saxlayır.

İyun ayında Rusiyanın hücumları nəticəsində Ukrayna vətəndaşları yaralanandan sonra Antov “rus terrorizmi” ifadəsini işlətmişdi. O, Rusiya raketləri ilə edilən hücuma diqqət çəkərək, “Dağıntılar altından bir qız çıxarılıb. Atası ölü kimi görünür. Kranla qaldırılmağa çalışılan anası plitənin altında qalıb. Düzünü desəm, buna terrordan başqa bir şey demək olduqca çətindir”, - deyə o bildirmişdi. Bu ifadələrdən sonra güclü təzyiqlərə məruz qalan Antov daha sonra ifadəsindən geri çəkilərək üzr istəyib. Antov bildirib ki, onun ifadələri “anlaşılmazlıq” və “texniki xəta”dır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu