Qardaşından Ziya Məmmədova ŞİKAYƏT: "Benzin almışam..." - FOTO

Ucar rayonu Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu keçmiş deputat Elton Məmmədovdan şikayətçidir.
AFN.az-a ünvanladığı müraciətdə o bildirib ki, E.Məmmədov onu işlədib, pulunu verməyib: "Pulumu verməsə bayram günü özümü yandırıb intihar edəcəm. Artıq benzin alıb intihara hazırlaşmışam. Elton Məmmədovun məni işlədib aldadıb pulumu verməməsi barədə mətbuatda etdiyim müraciətdən sonra özü mənə zəng dedi ki, bank kartını göndər pulunu verəcəm. Təxminən 5-6 saat sonra isə mənə mesaj yazdı ki, əlindən gələni beş qaba çək, sənə pul verilməyəcək.
Mən mətbuat vasitəsi ilə onun qardaşı keçmiş nəqliyyat naziri Ziya Məmmədova müraciət edirəm. Ziya müəllim, o nəsilin ağsaqqalı sizsiniz. Sizə görə Məmmədovlar Azərbaycanda tanınıb. Ona qədər Elton Məmmədovu heç kəs tanımırdı, Sizə görə o deputat olub. Fəhlənin pulunu kəsmək halallıq almadan iş görmək günahdır. Elton Məmmədov məni işlədib 3700 manat pulumu kəsib, vermir. Mən Elton Məmmədovun Ucar rayonu Qazıqumlaq kəndindəki villasında eni 9 uzunluğu 12 metr olan qaraj inşa etmişəm. Orada 3 ay 10 nəfər usta-fəhlə işləmişik. Ucarda nisyə götürdüyüm inşaat materialları maqazinlərinə və fəhlələrə pul borclu qalmışam. Gördüyümüz iş Elton Məmmədovun xoşuna gəlib, gedib siz də baxa bilərsiniz. Elton Məmmədov iş sona çatanda məni həyətindən qovdu, polislə hədələdi. Mən haqq-halal pulumu istəyirəm. Verməsə bayram günü özümü yandırıb intihar edəcəm. Bunun məsuliyyəti birbaşa onun üzərinə düşəcək. Çünki mən maqazinlərə və fəhlələrə borclu qaldığım üçün intihar həddinə çatmışam".