AFFA “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb


AFFA İntizam Komitəsi “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb.


AFN.az -ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında Premyer Liqanın XVIII turunda baş tutan “Zirə” – “Kəpəz” matçında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Gəncə klubunun oyunçularından Elçin Əlicanov və Giorgi Kantariya görüş zamanı, Mixeil Erqemlidze isə qarşılaşmadan sonra qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

İntizam Komitəsi, həmçinin, bölgə təmsilçisini 6200 manat məbləğində cərimələyib. Bu cərimənin 4800 manatı bir görüşdə 3 qırmızı vərəqə olduğu üçün kəsilib.

“Zirə”dən isə Coşqun Diniyevlə Nemanya Ancelkoviç qırmızı vərəqə aldıqları üçün 2023-cü ilin ilk oyununu buraxmalı olacaqlar. Ancelkoviçdən fərqli olaraq, Diniyevin cəzası 2 matçı əhatə edəcək. Eyni zamanda, bakılılar 2600 manat məbləğində cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, “Zirə” – “Kəpəz” oyunu 2:2 hesabı ilə başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu