AFFA "Zirə"nin qapıçısını cəzalandırdı


AFFA İntizam Komitəsi "Zirə"nin qapıçısı Mateus Albinonu bir oyunluq cəzalandırıb.



"Report" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qolkiperin Premyer Liqanın IX turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulmasıdır.

Qəsəbə təmsilçisi bunun üçün 200 manat ödəməli olacaq. "Sabah"ın isə 4 oyunçusu sarı vərəqə alıb və kluba 800 manat məbləğində cərimə kəsilib.

Komitə “Sumqayıt” klubuna da eyni cəzanı verib. Buna 5 oyunçunun səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə alması səbəb olub.

"Keşlə"nin "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdiyi matçda klubların bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu