Söyüşün biri bir qəpik oldu: Saç-saça tutub dalaşan qızları ayıra bilmədilər - VİDEO


Antalyanın Serik rayonunda baş-başa döyüşən iki gənc qız dostları və vətəndaşlar ayırmaqda çətinlik çəkib.


AFN.az xəbər verir ki, qızların dava anları mobil telefonun kamerasına əks olunub. Hadisə, Serik mahalı Orta Məhəlləsi, Kız Dərəsi Parkında baş verib.

Əldə edilən məlumata görə, əvvəldən münasibətləri gərgin olan iki gənc qız küçədə üz-üzə gələrək əvvəlcə mübahisə edib, daha sonra dalaşmağa başlayıblar. Bir-birinin saçından sürüyən gənc qızlardan biri yerə yıxılıb. Daha sonra digər gənc qız dostunun saçından tutub yumruqla vurub. Dava edən gənc qızların dostları qızları ayırmaq üçün cəhd göstərsələr də, bacarmayıblar. Dava vətəndaşların müdaxiləsi ilə başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu