Gənc qadın sevgilisini bıçaqlayaraq öldürüb


Azərbaycanda cütlüklər dava edirsə əksər hallarda təzyiqə məruz qalan, öldürülən qadınlar olur. Lakin bunu qardaş Türkiyə haqda demək bir qədər çətindir. Çünki orda mübahisə zəminində kişilər sanki daha çox təzyiqə məruz qalan tərəfdir.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Uşak şəhərində dava edən sevgililərin qovğası ölümlə bitib. Qadın sevgilisini bıçaqlayaraq öldürüb.

İddiaya görə, iki sevgili - 41 yaşlı Adem Alagöz və 27 yaşlı Z.K. arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə davaya çevrildikdən sonra şiddətə başlayan Z.K. mətbəxdən götürdüyü bıçaqla sevgilisi Adem Alagözə xəsarət yetirib və yaralayıb.

Hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Alagöz edilən yardımlara baxmayaraq, həyatını itirib.

Z.K. polis tərəfindən nəzarətə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu