Tikintidə beton keyfiyyəti cinayəti: müdirini öldürdü


İstanbulda şəhər çevrilmə çərçivəsində yenilənmiş binanın tikintisi üçün gətirilən betonun keyfiyyəti ilə bağlı müzakirələr davaya çevrilib. Dava zamanı beton firmasına rəhbərlik edən Mehmet Raşit Koruli tikinti sahəsinin rəisi Vedat Acarı bıçaqlayaraq öldürüb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, hadisə çərşənbə günü axşam saatlarında Avcılar Universiteti səmtində bir tikinti sahəsində baş verib. Mehmet Raşit Koruli işlədiyi şirkətə məxsus betonu mikserlə tikinti sahəsinə gətirib. Burada betonun keyfiyyəti ilə bağlı gedən müzakirələr qısa müddətdə böyüyərək davaya çevrilib. Koruli beton qarışdırıcıdan götürdüyü bıçaqla 40 yaşlı Vedat Açarı bıçaqlayıb.

Ağır xəsarətlərlə Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına çatdırılan tikinti rəisini bütün səylərə baxmayaraq, xilas etmək mümkün olmayıb. 42 yaşlı Mehmet Raşit Koruli Avcılar rayon hüquq-mühafizə orqanları tərəfindən Beylikdüzündə beton inşaat sahəsində yaxalanıb. O, ifadəsində bildirib ki, sahə nəzarətçisi arasında betonun keyfiyyəti ilə bağlı mübahisə olub. "Mübahisə zamanı o, məni söydü, mən də bıçaqladım" - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu