16 yaşlı yeniyetmə anası, böyük bacısı və qonşusunu öldürdü


İstanbulun Silivri bölgəsində 16 yaşlı Mehmet A. anası, böyük bacısı və qonşusunu bıçaqlayaraq öldürüb.


AFN.az xəbər verir ki, hadisə Əlibəy məhəlləsində baş verib. 16 yaşlı Mehmet A. anası Nazlı A. ilə mübahisə etdikdən sonra onu və böyük bacısı Esra A.-nı bıçaqlayıb. Mehmet A. mübahisəni dağıtmaq üçün gələn qonşusu Semiha Bağı da yaralayıb. Ana və qızı hadisə yerində, Semiha Bağ isə xəstəxanada dünyasını dəyişib.

Mehmet A. saxlanılarkən üstündə 3 bıçaq olduğu bildirilir.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu