"Sivasspor"-"Qalatasaray" oyunun yenidən keçirilə bilər - TFF-yə müraciət edilib
"Sivasspor" "Qalatasaray"la oyunda 49-cu dəqiqədə vurduğu qolun VAR tərəfindən ləğv edilməsilə barışmır.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub matçın təkrar keçirilməsi üçün Türkiyə Futbol Federasiyasına müraciət etdiklərini açıqlayıb.
"Sivasspor"un açıqlamasında deyilir: "29.12.2022-ci il tarixində saat 17.00-da başlayan və Sivas 4 Eylül Stadionunda oynanan "Demir Grup Sivasspor" - "Qalatasaray" Super Liqa matçının 49-cu dəqiqəsində komandamızın 49-cu dəqiqədə vurduğu qol oyundankənar vəziyyət səbəbiylə ləğv edildi. Oyunun baş hakimi Erkan Özdamar düzgün olaraq qolu qeydə alsa da, VAR hakimi Özgüç Türkalpın xəbərdarlığı üzərinə VAR müayinəsi edildi və sonra beş dəqiqə davam edən yoxlamanın ardınca oyundankənar vəziyyət qərarı verildi. Hakimin başlanğıcda düzgün qərar verməsi, səlahiyyəti olmadığı halda VAR hakiminin oyunu idarə edən hakimi araşdırmaya dəvət etməsi və VAR baxışı nəticəsində qolun ləğvi göstərir ki, bu, hakimin təqsiri deyil, qayda xətasıdır. Hakimin qolu ləğv etməsi Beynəlxalq Futbol Qaydalarında qolların və oyundankənar vəziyyətin qaydalarının pozulmasıdır. Klubumuz tərəfindən Türkiyə Futbol Federasiyasına lazımi müraciət edilib və matçın təkrar keçirilməsinə qərar verilməsi üçün tələblərimiz TFF İdarə Heyətinə təqdim olunub. "Demir Grup Sivasspor" idarə heyəti olaraq Türkiyə Futbol Federasiyasından məsələ ilə bağlı həssaslıq və açıqlama gözlədiyimizi bir daha bildiririk".