İsraillə Türkiyə arasında Fələstin müzakirələri


Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin yeni xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.


AFN.az CNNTürkə istinadən xəbər verir ki, Türkiyə XİN başçısı həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.
M.Çavuşoğlu Fələstin məsələsi ilə bağlı Türkiyə dövlətinin həssaslığını və gözləntilərini Koenə xatırladıb. O, həmçinin bu kontekstdə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin dünən Əl-Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkətini Türkiyə tərəfindən qəbuledilməz hesab edildiyini vurğulayıb.

Qeyd edək ki, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir dünən işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib. Ben-Qvir səhər saatlarında İsrail polisinin mühafizəsi altında Hərəmi-Şərifə daxil olub. Təxribatçı hərəkətləri ilə tanınan ifrat sağçı Ben-Qvir 5 ildən sonra Məscidül-Əqsaya daxil olan ilk İsrail naziri olub.
İsrailli siyasətçi Məscidül-Əqsada status-kvonu pozan və fələstinlilər tərəfindən basqın hesab edilən bu hərəkətini İbrani təqvimi ilə “Tevet” (Asara BeTevet) ayının 10-cu günündə həyata keçirib.
Xatırladaq ki, Ben-Qvir yeni qurulan hökumətdə nazir olmazdan əvvəl parlament üzvü olduğu müddətdə də Məscidül-Əqsa basqınları, fələstinlilərə qarşı zorakılığı təşviq edən hərəkətləri və irqçi ritorika ilə tanınırdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu