İsrailli nazirin oğlu Baydenin alzheimer xəstəliyi olduğuna eyham edib
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin oğlu ABŞ prezidenti Co Baydeni alzheimer xəstəsi ilə müqayisə edib və onun idrak qabiliyyətinin zəifləməsindən əziyyət çəkdiyini eyham edib.
Ben-Qvirin oğlu Şuvael Ben-Qvir X sosial media hesabında ABŞ prezidenti Baydenin fotosu ilə mesaj paylaşıb.
Mesajda Şuvael Ben-Gvir, "Bu çətin dövrlərdə, bilişsel geriləmə və demansın ən çox görülən səbəbi olan degenerativ beyin xəstəliyi olan alzheimer haqqında məlumatlılığın artırılması vacibdir. Bu, insanın sağlamlığına təsir edən ciddi bir xəstəlikdir".
Milli təhlükəsizlik naziri Ben-Qvir Bayden administrasiyası ilə fikir ayrılıqları olsa da, oğlunun açıqlamasının ciddi səhv olduğunu bildirərək ondan üzr istəyib.
Ben-Qvirin oğlu da Baydenlə bağlı paylaşımını silib və ABŞ prezidentindən üzr istədiyini bildirib.
Itamar Ben-Gvir keçən həftə "Wall Street Journal" qəzetinə verdiyi eksklüziv müsahibədə Qəzzaya hücumlar zamanı İsrailə təzyiq göstərdiyi səbəbiylə Baydeni hədəf almışdı.