Covid-19-un alt variantı tüğyan edir - XƏBƏRDARLIQ


Covid-19-un tezliklə bitməyəcəyini bir çox mütəxəssislər əvvəldən proqnozlaşdırmışdılar. Nə qədər ağır olsa da, bu proqnozlar doğrulmaqdadır. Artıq Covid-19-un alt vaiantları da yayılmaqdadır.


Belə ki, AFN.az-ın CNNTürkə istinadən xəbərinə görə, Almaniyanın səhiyyə naziri Karl Lauterbax son iki həftədə ABŞ-da yayılmağa başlayan Covid-in yeni alt variantı Omicron XBB.1.5 haqqında xəbərdarlıq edib. Nazir XBB variantına yoluxmanın ABŞ-da xəstəxanaya yerləşdirilmə hallarını artırdığını deyib. Karl Lauterbax dünən verdiyi açıqlamada, "Yeni XBB.1.5 variantı ABŞ-ın şimal-şərqində xəstəxanalara qəbulu artırır" deyə bildirib. "Ümid edirik ki, belə bir variant bizə yoluxmazdan əvvəl qışdan çıxa bilərik. XBB.1.5-in Almaniyada olub-olmadığını və onun nə qədər güclü olacağını izləyirik” - nazir qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus dünən verdiyi açıqlamada yeni variantların yaxından izlənildiyini bildirib. “İlk dəfə 2022-ci ilin oktyabrında Çindən kənarda aşkar edilən Omicron alt variantlarından biri XBB.1.5-dir. ABŞ və Avropada artır və indi 25-dən çox ölkədə aşkar edilib" - deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu