Yeni COVID-19 variantı Böyük Britaniya mütəxəssislərini narahat edir
Böyük Britaniyadakı ekspertlər bu yaxınlarda Danimarkada görünən yeni COVID-19 variantı BA.6 ilə bağlı narahatlıqlarını ictimailəşdiriblər.
Oksford Universitetindən Trişa Qrinhalq və London Universitet Kollecindən Kristina Pagel İsrail və Danimarkada aşkarlanan Omicron-un BA.6 alt variantını X sosial media platformasından qiymətləndiriblər.
Yeni variantın digər Omicron variant alt tiplərindən daha çox mutasiyaya malik olduğunu ifadə edən Pagel bildirib ki, bu, potensial olaraq daha böyük dalğaya səbəb ola bilər.
Bununla belə, Pagel mühakimə yürütmək üçün hələ tez olduğunu söyləyib.
Qrinhalq isə bildirib ki, WhatsApp-da müxtəlif elmi qruplarda genetik ardıcıllıqla videolar və diaqramlar yayılır. "Kiçik bir detaldan belə görünür ki, bir daha maska taxmaq vaxtıdır" - deyə mütəxəssis qeyd edib.
"Daily Mail"ə danışan Lids Universitetindən Stephen Griffin, BA.6-nın COVID-19-da ən böyük dəyişikliyi simvolizə etdiyini, yayılmağa başlayarsa, narahatlığa əsas olduğunu bildirib. O, eyni zamanda nəticə çıxarmaq üçün hələ tez olduğunu və kifayət qədər məlumatın olmamasının təxminləri çətinləşdirdiyini bildirib.
Warwick Universitetindən Lavrense Yonq, Omicron alt növünün dünyada yayılmağa davam etdiyini və daha güclü variantın sürpriz olmayacağını deyib. Bütün variantların Omicron törəmələri olduğunu, yəni idarə oluna biləcəyini qeyd edən Yonq, fərqli infrastruktura malik yeni variantın ortaya çıxmasının qorxulu ola biləcəyinə diqqət çəkib.
East Anglia Universitetindən Paul Hunter, digər mütəxəssislərdən fərqli olaraq, yeni variantın əhəmiyyətli bir epidemiyaya səbəb olmayacağını qeyd edib və maskanı yalnız daha həssas orqanizmə malik olan şəxslərə tövsiyə edib.