Bakı metrosunda sərnişin ölüb
Bu gün Bakı metrosunda vəfat etmiş sərnişinin kimliyi məlum olub.
AFN.az-a "Bakı Metropoliteni" QSC məlumat verib.
"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.
Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib. İlkin ehtimala görə, o, ürəktutmadan dünyasını dəyişən şəxs 1965-ci il təvəllüdlü Xaqani Hüseynovdur.