"Əl mənim, ətək sənin..." - ermənilər ABŞ konqresmenlərini rahat buraxmır


Erməni deputat hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Konjoryan ABŞ konqresmenlərinə müraciət edərək Azərbaycana təzyiqlərin artırılmasını xahiş edib.


AFN.az xəbər verir ki, bu barədə o özü feyzbuk səhifəsində yazıb. "Mən məktublarımda Azərbaycanın Laçın dəhlizinin qanunsuz blokadası ilə bağlı təfərrüatları təqdim etmişəm" - deyə Konjoryan bildirib. O, qeyd edib: “Ermənistan-ABŞ Dostluq Qrupunun rəhbəri kimi mən bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinə, erməni məsələləri üzrə komissiyanın həmsədrləri Qus Bilirakis, Frank Pallon, Devid Valadaoya, eləcə də parlamentin sədr müavininə məktublar göndərmişəm.

Laçın dəhlizinin Azərbaycan tərəfindən qeyri-qanuni blokadaya alınması və Artsaxda humanitar böhran yaratmaq kimi cinayət siyasəti ilə bağlı təfərrüatları təqdim etdim. Mən həmkarlarımı Laçın dəhlizinin açılması və üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün bütün lazımi səyləri göstərməyə və Azərbaycana beynəlxalq təzyiqləri artırmağa çağırdım”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu