Baş nazir avtomobili kəmərsiz idarə etdiyi üçün üzr istədi


Böyük Britaniyanın baş naziri Rişi Sunak avtomobildə olarkən təhlükəsizlik kəmərini taxmadığını göstərən video sosial şəbəkədə yayımlandıqdan sonra üzr istəyib.

"Baş nazir qısa video çəkmək üçün təhlükəsizlik kəmərini açıb. O, bunun səhv olduğunu tam etiraf edir və buna görə üzr istəyir. Baş nazir hesab edir ki, hər kəs təhlükəsizlik kəməri taxmalıdır”, - AFN.az-ın xəbərinə görə, Britaniya hökumətinin sözçüsü belə deyib.
Qeyd edək ki, Böyük Britaniyada, avtomobildə təhlükəsizlik kəməri varsa və bundan istifadə olunmadıqda 500 funt-sterlinqə qədər cərimə ödənilir.
Təhlükəsizlik kəmərinin taxılmasının vacib olmadığı hallarda, xüsusilə də avtomobil polis, yanğın və xilasetmə xidmətləri tərəfindən və tibbi məqsədlər üçün istifadə edildikdə bir neçə istisna hal var.
Qeyd edilir ki, Sunak təhlükəsizlik kəmərini taxmadığı halda, o, Lankaşirdə maliyyələşmənin artdığını göstərən "Instagram" videosu çəkirdi.
Polis hadisə ilə bağlı araşdırma apardıqlarını bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu