Sunak Kiyevə döyüş təyyarələrinin verilməsini istisna etməyib


"Biz ukraynalı dostlarla dialoq aparırıq ki, onlara ən yaxşı şəkildə necə dəstək ola bilərik".


AFN.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak "Talk TV"-yə müsahibəsində bildirib. O, Ukraynaya döyüş təyyarələrinin veriləcəyini də istisna etməyib: "Bununla belə, yadda saxlamaq lazımdır ki, döyüş təyyarələri inanılmaz dərəcədə mürəkkəb avadanlıqdır ki, onlardan istifadə üçün aylar, hətta illərlə təlim tələb olunur”.
Rişi Sunak baş nazir olduğu 100 gün ərzində Londonun Ukraynaya hərbi yardım göstərmək strategiyasının dəyişməsindən və fəallaşmasından qürur duyduğunu əlavə edərək, Britaniyanın Kiyevə döyüş tankları göndərmək qərarına gələn ilk ölkə olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu