Hulusi Akardan İsveçə sərt reaksiya: "Belə getsə..."


Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı sərt açıqlamalar verib.


AFN.az HaberGlobal-a istinadən xəbər verir ki, Akar açıqlamasında "Onlardan öhdəliklərini yerinə yetirmələrini, iyrənc və alçaq cəhdlərinə son qoymalarını gözləyirik. Əgər İsveç belə davam edərsə, bizim mövqeyimiz çox açıqdır" - deyə bildirib.

İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi üzrə nazir Akar Türkiyənin NATO-nun açıq qapı siyasətini hər zaman dəstəklədiyini bildirib. Türkiyənin İsveç və Finlandiyanın düşməni olmadığını, iki ölkənin NATO üzvlüyünə qarşı çıxmadığını bildirən Akar bildirib: "Onlar öz ölkələrini müdafiə etmək üçün NATO ilə əməkdaşlıq etmək istədikləri kimi, biz də terrorla mübarizədə bizimlə əməkdaşlıq və dəstək istəyirik. Onlar öz ölkələrinin müdafiəsi və təhlükəsizliyi üçün bizim dəstəyimizi istəyirlər, lakin terrorizmlə mübarizə üçün tələblərimizi rədd edirlər. Türkiyəyə, Prezidentimizə, bayrağımıza, Qurana, müqəddəs dəyərlərimizə qarşı hər cür alçaqlıq, biabırçılıq, iyrənc cəhdləri görməzdən gəlmək, bunlara qarşı susqun və etinasız qalmaq qəbuledilməzdir. Əgər belə getsə, bizim münasibətimiz çox aydındır. Bunlar həyata keçirilsə, heç bir problemimiz yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu