Külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilib


Uğurlu əməliyyat nəticəsində gömrükçülər külli miqdarda narkotik vasitələri qanunsuz dövriyyədən çıxarıblar.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantaya baxış keçirilib. Bu zaman çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2060 qram olan psixotrop maddə-metamfetamin və 4328 qram narkotik vasitə - heroin aşkarlanıb.
Daha sonra əməliyyat tədbirləri davam etdirilib, həmin narkotik vasitələri təhvil alan iki nəfər şəxs saxlanılıb və idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman avtomobildən xalis çəkiləri 1,640 qram olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu