Cinsi cazibənin azalması son ola bilər: Bəs nə etməli?


Xoşbəxt bir evliliyin əsas açarı qarşılıqlı əlaqə və seksuallıqdır. Bu məqamlar evliliyin əsasını təşkil edir və hər hansı biri öz funksiyasını itirdikdə problemlər yaranmağa başlayır.


Cütlər arasında bağı təmin edən ünsiyyət və cinsəlliyin sonu sevginin yerini məyusluq və aqressiyanın almasına səbəb olur. Araşdırmalara görə, əksər insanlar əks cinsi partnyor namizədi kimi nəzərdən keçirərkən cinsi cazibəni ikinci dərəcəli hesab edirlər. Münasibətlərdə cinsi əlaqənin tezliyi hər bir cüt üçün fərqli şeylər ifadə edə bilər. Ən çox rast gəlinən vəziyyət, əlaqənin ilk günlərində daha nizamlı və tez-tez cinsi əlaqədə olan cütlüklərin zaman keçdikcə cinsi əlaqəsinin azalmasıdır. Evlilikdə cinsi həyatın getdikcə maraqsızlaşması bəzi partnyorlar üçün tamamilə normal sayılsa da, çox vaxt ciddi problemlərə səbəb ola bilir.

AFN.az xəbər verir ki, mövzu üzrə məşhur ekspert, terapevti Lan Kerner onlarla terapiya seansı və tanış olduğu yüzlərlə cütlükdən topladığı məlumatlar əsasında bəzi nəticələrə gəlib. "CNN Health"a danışan terapevt, xüsusilə kişilərin həyat yoldaşı seçərkən aralarındakı cinsi cazibəyə əhəmiyyət vermədiyini bildirib. Terapevtin sözlərinə görə, ona məsləhət almaq üçün gələn bir çox kişi nədənsə özünü arzuolunmaz hiss edir. O, bunun səbəbinin stress ola biləcəyini, bəlkə də testosteron səviyyəsinin aşağı olduğunu bildirib. Ancaq bu kişilərin cinsi cazibəni nəzərə almadan öz partnyorlarını seçdiyini anlayan terapevt bəzi suallara cavab tapmağa çalışıb: İnsan cinsi cazibə hiss etmədən necə həyat yoldaşı seçə bilər? Bu əlaqələr necə davam edir, necə inkişaf edir? Əvvəllər olmayan cinsi cazibə sonradan yarana bilərmi?

Platonik əlaqəni romantik münasibətdən ayıran ən əhəmiyyətli məqamın seksual uyğunluq olduğunu bildirən terapevt qeyd edib ki, çətin anlarda cütlükləri bir arada saxlayan tək şey "seksuallıq"dır.

Araşdırmalar göstərir ki, fiziki cazibə insanın romantik münasibətdə əks cinsdən gözlədiyi ən vacib şeylərdən biridir, lakin bu siyahının başında deyil. Ağıl, yumor hissi, dürüstlük və nəzakət də eyni dərəcədə vacibdir. Lakin bunlar cinsi cazibədən daha vacib deyillər. Bəs bir münasibət cinsi cazibə olmadan davam edə bilərmi? Müntəzəm və sağlam cinsi əlaqə münasibətləri dərinləşdirməklə yanaşı, stress, narahatlıq və depressiya ilə mübarizə aparmağa kömək edir. Seks Terapevti Eva Dillon deyir ki, "Əgər münasibətlər yeməkdirsə, zülal kimi cinsi əlaqə də həmin yeməyin bir hissəsi olmalıdır".

Partnyorunuza qarşı cinsi istəyiniz azalırsa nə etməli?

Cütlüklərin bir-birlərinə qarşı dürüst olmasını və hisslərini açıq şəkildə ifadə etmələrini tövsiyə edən mütəxəssislər, kifayət qədər çalışıldığı təqdirdə cinsi cazibənin zamanla arta biləcəyini söyləyirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu