Ağdaşda körpə uşaq yuyucu vasitəsi içərək zəhərlənib


Ağdaş rayonunda körpə uşaq yuyucu vasitəsi içərək zəhərlənib.


Hadisə fevralın 2-də rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2020-ci il təvəllüdlü N.Şirinzadə evdə olan zaman nəzarətsiz qalıb. Bu zaman körpə yuyucu vasitəsi içib. Daha sonra o, zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində N.Şirinzadənin həyatını xilas etmək mümkün olub.

Hazırda körpənin vəziyyəti normaldır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu