Azərbaycanda 2 yaşlı uşaq “Vanish”dən zəhərləndi
Qaxda 2 yaşlı uşaq "Vanish"dən zəhərlənib.
AFN qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib.
Belə ki, kənd sakini, 2020-ci il təvəllüdlü Şövkət Babayev nəzarətsiz qalaraq yuyucu maye "Vanish" içib. Azyaşlı mayedən zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb. Həkimlər Ş.Babayevin həyatını xilas ediblər. Hazırda vəziyyəti normaldır.