150-dən çox adam zəhərləndi - Bu suyu içiblər
Rusiyada 120-dən çox uşaq qaynamamış su içdiyinə görə zəhərlənib.
AFN.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Qaraçay-Çərkəz Respublikasında 121-i uşaq olmaqla 150-dən çox insan qaynamamış su içdiyinə görə zəhərlənib.
“Epidemiyanın təhqiqatı zamanı heç bir ümumi qida məhsulu potensial ötürücü faktor kimi müəyyən edilməyib. Xəstələrin böyük əksəriyyəti kran suyu içdiyini bildirib”, - məlumatda deyilir.
Bildirilir ki, mütəxəssislər laboratoriya müayinələri aparıb və içməli su toplama məntəqələrindən götürülmüş altı nümunədə tələblərdən kənara çıxıldığı məlum olub.