Arnold Şvarsnegger avtomobil qəzası keçirib


Məşhur kino ulduzu Arnold Şvarsnegger avtomobil qəzası keçirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, aktyor Los-Ancelesdə velosipedçi qadını vurub.

Los-Ancelesin qərbində qəzaya düşən Şvarsnegger avtomobil idarə edərkən qəfildən qarşısına velosiped sürən qadın çıxıb. Qadın xəstəxanaya yerləşdirilsə də, vəziyyəti yaxşıdır.

Bildirilir ki, Şvarsneggerin qəzada günahı yoxdur. Belə ki, velosipedçi anidən aktyorun maşınının qarşısından yola çıxıb və onun sadəcə reaksiya verməyə vaxtı olmayıb.

Qəzadan sonra Şvarsnegger əvvəlcə xilasediciləri və polisi gözləyib, daha sonra zərərçəkənin velosipedini götürərək təmirə aparıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu