ABŞ Rusiyanın əlvan metal bazarını bağlayır
Amerika Birləşmiş Ştatları Ukraynanın işğalının ildönümü yaxınlaşdıqca Moskvaya təzyiq göstərmək üçün bu həftənin əvvəlində Rusiya istehsalı olan alüminiuma 200 faizlik tariflər tətbiq etməyə hazırlaşır.
AFN.az-ın xəbərinə görə, "Bloomberg" bu qərarın bir neçə aydır nəzərdən keçirildiyini yazır.
Mənbələr bildirirlər ki, ABŞ Rusiya metalını hədəfə alıb. Moskva ABŞ bazarına alüminium ixrac etməklə Amerika şirkətlərini ziyana salıb.
Belə kəskin tariflər Rusiyadan ABŞ-a metal idxalını effektiv şəkildə dayandıracaq. Rusiya dünyada ikinci ən böyük metal istehsalçısıdır və bu ölkənin ixrac etdiyi alüminium ənənəvi olaraq ABŞ-ın ümumi idxalının təxminən 10 faizini təşkil edir.
Ağ Evin Milli Təhlükəsizlik Şurası qeyd edilən xəbəri şərh etmək istəməyib.
M.Vahidli