G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyalara hazırlaşır


G7 ölkələri Rusiyaya hərbi sahədə dəstək verdiyinə görə bir neçə ölkəyə sanksiyalar tətbiq etməyə hazırlaşır.


AFN.az Bloomberg-ə istinadən xəbər verir ki, sanksiya tətbiq ediləcək ölkələr Çin, İran və Şimali Koreyadır. Sanksiyalar əslində bu ölkələrə məxsus şirkətlərə qarşı olacaq. Hazırda bu istiqamətdə imkanlar nəzərdən keçirilir.

G7 ölkələrinin fikrincə, Çin, İran və Şimali Koreyanın bir sıra şirkətləri Rusiyanı hərbi ehtiyat hissələri və hərbi texnologiyalarla təmin edir. Sanksiyaların Ukraynada müharibənin başlamasının 1 illiyi - fevralın 24-ü ərəfəsində tətbiq oluna biləcəyi ehtimal edilir.

Agentliyə məlumat verən mənbənin sözlərinə görə, hələlik sanksiyalarla bağlı yekun qərar verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu