Cənubi Koreya 11 gəmini sanksiya siyahısına daxil edib
Cənubi Koreya Xarici İşlər Nazirliyi Şimali Koreya gəmiləri ilə rafinə edilmiş neft və kömür qaçaqmalçılığı yolu ilə bu ölkəyə qaynaq təmin etdikləri səbəbiylə 11 gəmi, 2 nəfər və 3 şirkətə sanksiya tətbiq edildiyini açıqlayıb.
Yonhap xəbər agentliyinin məlumatına görə, nazirliyin bəyanatında deyilir ki, sanksiyalar Şimali Koreyaya nüvə və raket proqramlarında istifadə edilən qeyri-qanuni qaynaqların və maliyyə təminatının qarşısını almaq üçün tətbiq edilib.
Açıqlamada 11 gəminin Şimali Koreya gəmilərinə rafinə edilmiş neft və kömür daşıyaraq qaçaqmalçılıq etdikləri səbəbiylə sanksiya əhatəsinə daxil edildiyi əlavə edilib.
Bildirilib ki, Cənubi Koreya 2016-cı ildən bəri ilk dəfə gəmilərə qarşı müstəqil sanksiyalar tətbiq edir.