Ukrayna səmasında İranın 4 PUA-sı zərərsizləşdirilib


Ukrayna Hərbi Hava Qüvvələrinin "Vostok" raket bölmələrinin zenit atıcıları İranın 4 ədəd “Şahed-136/131” hücum kamikadze dronunu məhv ediblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna HHQ-nin teleqram kanalında məlumat yayılıb.

Fevralın 11-də axşam saatlarında Azov dənizinin şərq sahillərindən həyata keçirilən dron hücumunun qarşısı uğurla alınıb.

Bundan başqa, bu istiqamətdə “Orlan-10” operativ-taktiki PUA-sı da vurulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu