Polşa XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarını işdən çıxarıb

Polşa Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunu olan diplomatları işdən çıxarıb.
AFN.az-ın xəbərinə görə, qərarla bağlı Polşanın xarici işlər naziri Zbiqnev Rau “Gazeta Polska”ya müsahibəsində deyib: “Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu rus imperializminin işinə sərmayə idi. Bu, Sovet yumşaq gücünün bir hissəsidir və bu universitetin məzunları "bu imperiyaya xidmət etməli idilər". Polşa XİN başçısının sözlərinə görə, MDBMİ-ni bitirmiş diplomatlar iki aydır ki, bu qurumda işləmirlər.
"Biz geniş şəkildə başa düşülən dekommunizasiyanın bir hissəsi olan çox vacib bir prosesi bağlaya bildik. Hər şey lüstrasiya qanunlarından başladı" - deyə diplomat vurğulayıb.