Avropa İttifaqından SEPAH-a bağlı qurumlara sanksiya


İranın Ukraynaya təcavüzündə Rusiyaya hərbi dəstək verməsi ilə bağlı ciddi narahatlıqlardan əlavə, iranlıların İslam Respublikası rejimini devirmək üçün bütün dünyada üsyana qalxması da Qərb rəsmilərinin Tehrana qarşı düşüncəsi və yanaşmasının dəyişməsinə gətirib çıxarıb.


Avropa Birliyinin İrandan Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə olunacaq kamikadze dronların çatdırılmasında əli olan İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli yeddi quruma sanksiya tətbiq edəcəyi gözlənilir.
Bu barədə "Axios" analitik xəbər portalı Avropanın yüksək səviyyəli mənbələrindən birinə istinadən yazıb: “Birlik İranın Rusiyadan aldığı silah dəstəyindən “həmişəkindən daha çox narahatdır” və “SEPAH əvvəlkindən daha çox Avropanın diqqət mərkəzindədir və düşüncədə real dəyişiklik var”-deyə mənbə qeyd edir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu