Netanyahunun partiyası İsrail hökumətini Ukraynaya hərbi yardım göstərməyə çağırıb


İsrailin hakim partiyasından olan deputat Yuli Edelşteyn ölkəsini Rusiya terrorundan müdafiə üçün Ukraynaya hərbi yardım göstərməyə çağırıb.


AFN.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Edelşteyn Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə İsrailin müxalifətçi deputatı Zeev Elkinlə görüşdükdən sonra "Biz artıq kənarda oturmamalıyıq" deyə açıqlama ilə çıxış edib.

Edelşteyn və Elkin birgə bəyanatda baş nazir Benyamin Netanyahu hökumətini Ukraynaya dəstəyi “əhəmiyyətli dərəcədə artırmağa” çağırıblar. “Biz Ukraynaya İsrail texnologiyalarının, o cümlədən hərbi texnologiyaların mülki əhalini, onların azadlığını və müstəqilliyini qoruya bildiyi bütün sahələrdə kömək etməliyik”, - deputatlar bildiriblər.

İsrail hakimiyyəti artıq Ukraynanı raket və pilotsuz təyyarə xəbərdarlığı texnologiyaları ilə təmin etməyə razılaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu