“İsrail Kiyevə silah versə, Rusiya ilə münasibətlərini məhv edəcək” - Medvedev


“İsrailin Ukraynaya silah tədarük etmək niyyəti ehtiyatsız addımdır”.


AFN.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Teleqram” kanalında bildirib.

Onun sözlərinə görə, bu, Rusiya ilə İsrail arasında bütün dövlətlərarası münasibətləri məhv edəcək.

Qeyd edək ki, İsrailin diasporla iş üzrə naziri Nahman Şay hökuməti Ukraynaya hərbi yardım göndərməyə çağırıb. Nazir bildirib ki, Ukraynanın ABŞ və NATO ölkələrindən aldığı kimi, İsraildən də hərbi yardım almasının vaxtı çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu