Ukraynanı İran dronlarından İsrail qoruyacaq


İsrail Ukraynanı “Dəmir Günbəz” sistemi də daxil olmaqla, hava hücumundan müdafiə vasitələri ilə təmin etməyi düşünür.


AFN.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində bildirib. Baş nazir hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsinin mümkünlüyü ilə bağlı suala cavabında bunu nəzərdən keçirdiyini deyib. Netanyahu eyni zamanda ABŞ-ın İsraildən Ukraynaya artilleriya döyüş sursatı ehtiyatlarını daşıdığını təsdiqləyib: "Birləşmiş Ştatlar İsrail sursatlarının əhəmiyyətli hissəsini götürərək Ukraynaya göndərib".
İsrailin baş naziri əlavə edib ki, ölkəsi də İranda silah istehsalının qarşısını almaqla Ukraynaya kömək edir. “Mən təfərrüatlara varmayacam. Lakin İsrail İranın Ukraynaya qarşı istifadə etdiyi silah istehsalına qarşı müəyyən şəkildə fəaliyyət göstərir”, - Netanyahu belə deyib.
Yanvarın 29-da gecə saatlarında İsfahan şəhərində İranın pilotsuz uçan aparatlar istehsal edilən zavodu İsrailin zərbə dronlarının hücumuna məruz qalıb.
Yaxın məsafədən atılan kiçik ölçülü raketləri və mərmiləri yüksək dəqiqiliklə məhv etməyə qadir olan “Dəmir Gümbəz” sistemini İsrail çox güman ki, İranın Rusiyaya satdığı “Şahed-136” dronlarının hücumundan müdafiə olunmaq üçün Ukraynaya verəcək.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu