“Azərsu”nun vəzifəli şəxsi ilə qadın arasında söyüş davası - VİDEO
Sosial şəbəkələrdə avtomobil sürücüsü ilə bir xanım arasında söyüş davası sürətlə tirajlanır. Belə ki, yeraltı dayanacaqda çəkilən videogörüntüdə xanımla söz savaşına girən şəxsin “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov olduğu iddia edilir.
Videoda sözügedən vəzifəli şəxslə yanaşı, xanım da etikadan kənar ifadələr səsləndirir. Mübahisə çərçivəsində vəzifəli şəxs “Honda” markalı 90-XP-575 dövlət nömrə nişanlı avtomobil ilə xanıma aid olan avtomobili vuraraq oradan uzaqlaşır.
Yayılan videogörüntülərlə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab verilmədi.