MAQATE rəhbəri İranla əlaqələri yüksək səviyyədə saxlamağa çağırıb


MAQATE rəhbəri Rafael Qrossi İranla əlaqələri “çox yüksək səviyyədə” saxlamağa çağırıb.


AFN.az TASS-a istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Tehranla təmasların davam etdirilməsini çox vacib hesab etdiyini bildirib. Onun sözlərinə görə, MAQATE hazırda İran ərazisində yoxlama aparır. “Bizim İranla dialoqu, təmaslarımızı davam etdirməyimiz çox vacibdir. Mən həmişə iranlı həmsöhbətlərimə görüşlərimizin əhəmiyyətini demişəm, ümid edirəm ki, çox yüksək səviyyədə olacaq. Ümid edirəm ki, belə də olacaq”, - deyə Qrossi vurğulayıb.

Qrossi qeyd edib ki, İranda departamentin narahatlığına səbəb olan müəyyən hadisələr müşahidə olunur. "Agentliyin İran ərazisində olması bütün şübhələri aradan qaldırmaq və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün lazımdır" - MAQATE rəhbəri belə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu