Beynəlxalq Atom Enerjisi Agentliyi İranı tənqid edib
![](/uploads/posts/2024-01/1705680392_maqate.jpg)
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə "örünməmiş şəkildə məhdud əməkdaşlığa malikdir.
Bunu təşkilatın rəhbəri Rafael Qrossi Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı AFP-yə müsahibəsində deyib.
“Bu, çox məyusedici bir vəziyyətdir. Biz orada fəaliyyətimizi davam etdiririk, lakin minimal səviyyədə”, - Qrossi bildirib.
"Bild" xəbər verir ki, o, xüsusilə, MAQATE-nin bəzi yüksək səviyyəli müfəttişlərinin millətlərinə görə komandalardan xaric edildiyini bildirib. Beləliklə, İran rəsmilərin, məsələn, Fransa, Böyük Britaniya və ya ABŞ-ın bəyanatlarını bəyənmədiyi təqdirdə təşkilatı cəzalandırı. Qrossinin sözlərinə görə, İran MAQATE-ni başqa ölkələrlə siyasi mübahisələrinin girovuna çevirir. Qrossi bunu qəbuledilməz adlandırıb və MAQATE-yə lazımi girişin verilməsini tələb edib.