İsrail İran sərhədinin 20 kilometrliyində səfirlik açır
İsrailin “i24” xəbər portalı bu ölkənin xarici işlər naziri Eli Koenin yaxın vaxtlarda İranla həmsərhəd olan Türkmənistanda İsrailin daimi səfirliyini açmaq üçün Aşqabada səfər edəcəyini yazıb.
"Səfirlik Türkmənistan paytaxtı, İran sərhədindən 20 kilometr aralıda yerləşən Aşqabad şəhərində yerləşəcək. Beləliklə, İsrailin bu səfirliyi İrana ən yaxın səfirlik olacaq" - deyə nəşr bildirir.
Məlumata görə, bu bina da İsrail nümayəndə heyəti üçün Azərbaycanda tikilən bina kimi, xüsusi olaraq diplomatik missiya üçün inşa edilib. Azərbaycanın İranla 1000 kilometrə yaxın ümumi sərhədi var. Tehran-Aşqabad əlaqələri bəzi eniş-yoxuşlara rəğmən davam edir.
Portal qeyd edir ki, Koenin Türkmənistana səfirlik açmaq üçün səfəri İsrailin bölgədəki təsirinin artması ilə bağlı İrana mesaj vermək məqsədi daşıyır. Nazir Koen bindan öncə “İsrael Hayom” nəşrinə bildirmişdi ki, iki ölkə əlaqələri vacib və stratejidir, həmçinjn fəaliyyətin bir hissəsi bütün bölgədə əlaqələrin gücləndirilməsinə yönəlib.
M.Vahidli