İranda gənc ailə yoxsulluq ucbatından uşağını satıb


İranda gənc ailə yoxsulluq ucbatından uşağını satıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, körpəsini maddi ehtiyac səbəbindən ucuz qiymətə satan gənc cütlük peşman olub və qızı geri almaq istəyəndə bu mümkün olmayıb. Çünki alıcı da körpəni 100 milyon tümənə başqa ailəyə satıb.
Körpənin valideyni bu hadisə ilə bağlı deyib:"İnternetdə elan verdik, bir neçə nəfər zəng vurdu. Nəhayət, Əlborz əyalətində yaşayan gənc cütlük uşağımızı istədyiini bildirdi. İstədiyimiz məbləğdən çox az pul verdi, məcbur idik, razılaşdıq. Sonra peşman olduq, amma həmin adamı tapa bilmədik".
Tehran Polis idarəsinin 11-ci tağımının araşdırması nəticəsində məlum olub ki, körpəni valideynindən alan şəxs İranın şimal-şərq bölgəsində yaşayan bir həkim vasitəsilə onun bacısına 100 milyon tümənə satıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu