Basarkeçərdə erməni terrorçu öldü


Ermənistanın terrorçu təşkilatlarından biri, “Yerkrapah Könüllülər Birliyi”nin üzvü döyüş mövqelərindən birində ölüb.


Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan News-NEWS.am müxbirinə müsahibəsində bildirib.

“Yerkrapah Könüllülər Birliyinin üzvünün bioloji ölümü qeydə alınıb. Ölümün səbəbi məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən ediləcək”, - Torosyan qeyd edib.

Erməni mediasının məlumatına görə, hadisə Basarkeçərdəki döyüş mövqelərindən birində baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu