Əfqanıstanda Bəlx qubernatoru bombalı hücum nəticəsində öldü
![](/uploads/posts/2023-03/1678356539_efpart.jpg)
Əfqanıstanın Bəlx vilayətində valiliyin binasına bombalı hücum olub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində Əfqanıstanın şimalında yerləşən Bəlx vilayətinin valisi Məhəmməd Davud Muzamil və 2 nəfər həlak olub. Bəlx polisindən verilən açıqlamada bildirilir ki, hücum bu gün səhər saat 09:00 radələrində baş verib. "Valiliyin ikinci mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində vali Məhəmməd Davud Muzamil və həmin vaxt valilikdə olan 2 mülki vətəndaş həlak olub" - deyə Bəlx polisinin sözçüsü Asif Vəziri bildirib.
O, hadisə ilə bağlı təhqiqatın başladığını və daha ətraflı məlumat veriləcəyini deyib. Bundan əlavə, vurğulayıb ki, partlayış zamanı 5 nəfər yaralanaraq xəstəxanaya aparılıb.