Pakistanda bombalı hücum: 2 dinc sakin həlak olub
Pakistanın Hayber Paxtunxva əyalətində bombalı hücum nəticəsində iki mülki şəxs həlak olub.
Yerli medianın məlumatına görə, Şimali Vəziristanın Hayber-Paxtunxva bölgəsində hücumçu bomba yüklü avtomobilini partladıb.
Bombalı hücum zamanı bölgədə ər və arvad olmaqla iki mülki şəxs həlak olub.
Səlahiyyətlilər hücumçunun bombanı təsadüfən və ya vaxtından əvvəl partlatdığı ehtimalını irəli sürüblər.
Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.