Türkiyəyə bədənində 250 su tısbağası keçirmək istədi
Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən Sarp sərhəd qapısında həyata keçirilən yoxlamalar zamanı 250 ədəd su tısbağasını bədəninə bükərək gizlədərək ölkəyə gətirməyə cəhd edən şəxs yaxalanıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gömrük Mühafizə qrupları tərəfindən qaçaqmalçılıqla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər çərçivəsində qruplar Sarp Gömrük Bölgəsindəki sərnişin salonuna daxil olmaq üçün gələn şəxsin paltosunda anormal şişlik olduğunu anlayıb. Türkiyəyə Gürcüstandan gələn və haqqında qaçaqmalçılıq şübhəsi yaranan şəxsin üzərində aparılan xtarış zamanı kürəyinə qutu yapışdırdığı müəyyən edilib. Qutu açılanda içərisində çoxlu sayda canlı su tısbağasının olduğu məlum edilib. Tısbağaların nəfəs alması üçün hava dəlikləri ilə dizayn edilən qutudan 250 su tısbağası çıxıb.
Ev şəraitində bəslənən su tısbağaları təbiətə buraxıldığı halda, ekspansiyaya məruz qalaraq ekosistemə zərər verdiyi üçün ölkəyə idxalına icazə verilmir. İnvaziv növə aid olduğu müəyyən edilən su tısbağaları müsadirə edilərək Artvin İl Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinə təhvil verilib.