"Qazprom Neft"in rəhbəri 2023-cü ildə Rusiyaya qarşı sanksiyaların artacağını gözləyir


2023-cü il bəlkə də daha çətin olacaq. Biz sanksiyalar təzyiqinin artacağını gözləyirik. Bu baxımdan 2022-ci ildə qarşıya qoyduğumuz vəzifələr 2023-cü ildə də aktuallığını qoruyub saxlayır.


AFN.az xəbər verir ki, bunu “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov deyib. O qeyd edib ki, Rusiya üçün mövcud və yeni mümkün məhdudlaşdırıcı tədbirlərə qarşı sanksiyalara davamlı sənaye qurmaq vacibdir. "Artıq bir çox işlər görülüb, lakin daha ciddi işlər görülə bilər" - deyə Dyukov əlavə edib.

"Biz nəqliyyat infrastrukturumuzu, dəmir yolu nəqliyyatımızı, boru kəməri nəqliyyatımızı, liman obyektlərimizi inkişaf etdirməliyik, tanker parkını genişləndirməliyik. Şimal dəniz marşrutu, Şimal-Cənub dəhlizi ilə daşımaları inkişaf etdirmək vacibdir. Və təbii ki, şərq istiqamətində daşımanıb təşkili vacibdir", - deyə “Qazprom Neft”in rəhbəri bildirib.

Dyukov əlavə edib ki, Rusiyanın suverenliyini və sənayenin sabitliyini təmin etmək üçün həm də Qərb institutlarından asılı olmayan zəruri maliyyə infrastrukturunu yaratmaq lazımdır: "Biz müstəqil beynəlxalq hesablaşmalar sisteminin yaradılması və istifadəsini genişləndirməliyik. Bu iş təkcə sənaye üçün deyil - biz ilk növbədə Maliyyə Nazirliyinin və Mərkəzi Bankın dəstəyinə və köməyinə ümid edirik. Yük, gəmi və məsuliyyət sığortasının müstəqil sistemini inkişaf etdirməliyik. Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün müstəqil sistem yaratmalıyıq və təbii ki, neft və neft məhsullarımız üçün yeni müstəqil, alternativ qiymət mexanizmlərinə ehtiyacımız var. Eyni zamanda birja ticarətini inkişaf etdirmək və yeni müstəqil kotirovka agentlikləri yaratmaq lazımdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu