Azərbaycanda brend hotellərin sayı artacaq


“Bu gün Azərbaycanda kifayət qədər tanınmış brend hotellər var və onların sayının artacağı gözlənilir”.


AFN.az xəbər verir ki, hotel üzrə mütəxəssis, “Smart Hotels Management” hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri Ceyhun Aşurov Rusiyanın “Turizm və mədəniyyət industriyası” jurnalına müsahibəsində belə deyib. Onun sözlərinə görə, hər bir ölkədə beynəlxalq şəbəkə hotellər, brend hotellər olmalıdır, yerli hotellər şəbəkəsi inkişaf etdirilməlidir. Ölkədə filiallarını açan iri mehmanxanalar onlara öz brendi altında işləmək imkanı verməklə yanaşı, qonaqpərvərlik sektorunun mühüm elementi olan yeni müasir idarəetmə üsullarını, texnoloji yenilikləri də buraya gətirirlər. Digər tərəfdən, ölkənin turizm imkanlarının xaricdə tanıdılmasına, ölkəyə turist axınının artmasına tanınmış brendlər də öz töhfəsini verir.
“Eyni zamanda Azərbaycanda yerli mehmanxanaların sayı da artır, sağlam rəqabət mühiti yaradılır ki, bu da şübhəsiz ki, bazarın keyfiyyət parametrlərinə və qiymət siyasətinin formalaşmasına təsir göstərəcək”, - deyə mütəxəssis bildirib.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu