ABŞ Vyetnamla münasibətləri yaxşılaşdırmaq istəyir
Amerika Birləşmiş Ştatları Vyetnamla yaxınlaşma qərarına gəlib.
AFN.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın Hanoyla diplomatik münasibətləri gücləndirmək səylərinin bir hissəsi olaraq dövlət katibi Entoni Blinken gələn həftə Vyetnama səfər edəcək. Blinkenin hələ rəsmi olaraq elan edilməmiş səfəri ABŞ prezidenti Co Baydenin keçən həftə Vyetnamın hakim Kommunist Partiyasının rəhbəri Nguyen Phu Trong ilə telefon danışığından sonraya təsadüf edir. Zəng zamanı Bayden və Çonq, telefon danışığından sonra hər iki tərəfin verdiyi açıqlamalara görə, əlaqələri gücləndirmək barədə razılığa gəliblər, lakin münasibətlərin rəsmi şəkildə yaxşılaşmasından bəhs edilməyib.
Oreqon ştatından senator Ceff Merkli ABŞ Konqresinin nümayəndə heyətinin Vyetnama səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib ki, Blinken gələn həftə Hanoda olacaq.
Blinkenin aprelin 16-18-də Yaponiyada keçiriləcək G7 xarici işlər nazirlərinin görüşünə getməzdən əvvəl, şənbə günü Vyetnama səfər edəcəyi ehtimal edilir.
Vyetnamın ən böyük ixrac bazarı olmasına baxmayaraq, ABŞ hazırda Hanoyun üçüncü səviyyəli diplomatik tərəfdaşı hesab olunur. Onun yuxarı pilləsinə Çin, Rusiya, Hindistan və Cənubi Koreya, Vaşinqtonun qoşulmaq istədiyi ikinci pilləyə isə Avropa ölkələri və Yaponiya daxildir.