Məşhur bloger xoşbəxtliyinin sirrini açdı


Məşhur bloger və teleaparıcı İda Qaliç öz xoşbəxtliyinin sirrini açıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, sevdikləri ilə vaxt keçirməyin onun üçün vacib olduğunu və bundan özünü xoşbəxt hiss etdiyini deyib.

"Dünən anamla gözəl nahar etdik, sonra qızlarla rəqs etdik, sabah atam və qardaşımla futbola gedəcəyik. Leo (məşhurun ​​oğlu-red.) həftəsonundan sonra qayıdacaq və birlikdə hovuza baş çəkməyi planlaşdırırıq. Mənim üçün bütün bunlar xoşbəxtlikdir", - deyə bloger öz şəxsi telegram səhifəsində yazıb.

Qaliçin dediyinə görə, həftə sonları işləməkdən imtina edib. Çünki o, yaşadığı hər saniyədən ləzzğt almaq istəyir

Qeyd edək ki, psixoloqlar da insanın yaxınları ilə çox vaxt keçirməsinin psixoloji sağlamlığa, insani keyfiyyətlərə çox müsbət təsirlərinin olduğunu bildirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu