Saxlanılan məşhur bloger istintaq təcridxanasına göndərilib


Moskvada saxlanan məşhur rusiyalı bloger və sahibkar Ayaz Şabutdinov dekabrın 16-dək istintaq təcridxanasına göndərilib.


Bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, məhkəmə Şabutdinovun Sent-Lüsiya vətəndaşlığına, açıq ABŞ vizası və etibarlı Şengen vizasına malik olduğunu nəzərə alaraq, onu zaminə buraxmayıb.

Daha əvvəl bildirilmişdi ki, Şabutdinov dörd milyon rubl girov müqabilində azadlığa buraxılmasını istəyib. Görüşdə bloggerin əleyhinə bəyanat yazan sahibkar Natalya Kalistratova da iştirak edib.

Şabutdinov cümə günü, noyabrın 3-də, onlayn forumdan az əvvəl Moskvada saxlanılıb. İstintaq hesab edir ki, bloqqer maarifləndirici proqramlar, təlimlər və vebinarların satışı üçün aqressiv marketinqdən istifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu