Məşhur blogger dələduzluqla saxlanıldı
Moskvada FSB milyonçu bloger Ayaz Şabutdinovu saxlayıb.
Bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Şabutdinov xarici səfərdən qayıtdıqdan sonra Moskvada kirayədə yaşadığı mənzildə saxlanılıb. Orada onu İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları paytaxtın FSB idarəsi ilə birlikdə ələ keçiriblər.
Söhbət təhsil kurslarının satışından gedir. Noyabrın 3-də bloqqer hər kəsə milyonları necə qazanmağı öyrədəcəyini vəd edərək daha bir kurs açmağı planlaşdırırdı.